Xocəsən yeni tikilidə 2 otaqlı şəxsi mənzilimi satıram. Mənzilimin yerləşdiyi bina 155№-li və 156№-li sərnişin avtobuslarının son dayanacağında yerləşir.Binanın tam yaxınlıqında məktəb və uşaq bağçası vardır. Mənzil yeni yaşayış massivində,1ci binanın 3-cü mərtəbəsində yerləşir. Tam təmirli və yaşayış üçün tam hazır vəziyyətdədir. Mətbəx və sanitar qovşaqları tam təchiz olunub. Qaz, işıq və su daimidir.İnternet xətti ilə təchiz olunub.Otaqlar geniş və işıqlıdır, bina sakit və təhlükəsiz ərazidə yerləşir. Yeni tikilidə münasib qiymətə, rahat və komfortlu mənzil axtaranlar üçün ideal seçimdir.