Nərimanovda Heydər Əliyev Mərkəzi ilə üzbəüz 2 otaqlı mənzil
Nərimanov rayonunun ən nüfuzlu hissəsində, Heydər Əliyev Mərkəzinin tam yanında və metroya yaxın məsafədə 2 otaqlı mənzil satılır. Mənzil həm yaşayış, həm də investisiya üçün ideal variantdır.
Mənzilin göstəriciləri:
Sahəsi: 68 kv.m
Otaq sayı: 2
Mərtəbə: 13/13 (Mansard)
Vəziyyəti: Mənzilin daxili hörgüsü aparılıb, pəncərələr keyfiyyətli materiallarla yenilənib və girişə yeni seyf qapı quraşdırılıb. Su və işıq xətləri mənzilin girişinə qədər çəkilib. Binada qaz var.
Blok: Bina girişi və blok ideal vəziyyətdə təmir olunub, tam səliqəlidir.
Üstünlükləri:
Heydər Əliyev Mərkəzinə və parka açılan birbaşa panoramik mənzərə.
Geniş və hündür tavanlı otaqlar.
Ətrafda məktəb, bağça, supermarketlər və istirahət parkları mövcuddur.
Sənəd və Qiymət:
Sənəd: Müqavilə və maliyyə arayışı.
Qiymət: 92.000 AZN.
Real müştəri behlə gəldiyi təqdirdə qiymətdə xüsusi endirim olunacaq.