Nəriman Nərimanov metro stansiyası və Metropol Park yaxınlığında yerləşən bu eksklüziv və geniş mənzil satışa təqdim olunur.
Ümumi sahəsi 145 kvadratmetr olan, funksional planlaşdırmaya malik qanuni 3 otaqlı mənzil 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Mənzil 2 geniş balkonla təchiz olunub və şəhərə açılan möhtəşəm, açıq panoraması ilə seçilir. Təmirsiz olması isə yeni sahibinə öz zövqünə uyğun, fərdi və modern dizayn yaratmaq imkanı verir.
Yerləşdiyi ərazi həm yaşayış, həm də investisiya baxımından olduqca əlverişlidir – metroya, ticarət mərkəzinə və şəhərin əsas infrastrukturlarına yaxınlıq əlavə üstünlük yaradır.
Qiymət: 388.000 AZN
Qiymətdə real alıcı ilə razılaşma mümkündür.
Xahiş olunur, yalnız ciddi və real müştərilər əlaqə saxlasın. Vasitəçilər narahat etməsin.