İçərişəhərdə unikal 3 otaqlı ev – dəniz və Flame Towers mənzərəli
Şəhərin ən tarixi və prestijli ərazisi olan İçərişəhərdə yerləşən bu eksklüziv 2 mərtəbəli ev satışa təqdim olunur. Ümumi 3 otaqdan ibarət olan mənzil xüsusi zövqlə, incəsənətlə məşğul olan sahib tərəfindən peşəkar rəssam və dizaynerlərin iştirakı ilə təmir olunub.
Evin geniş 100 kv.m dam-terrası (крыша-терраса) mövcuddur. Buradan möhtəşəm dəniz mənzərəsi və Flame Towers panoraması açılır – həm istirahət, həm də qonaq qəbul etmək üçün ideal məkandır.
Mənzildə:
• 2 sanitar qovşaq
• Kombi və mərkəzləşdirilmiş istilik sistemi
• Yeni və az istifadə olunmuş mebellər
• Nadir, eksklüziv pianino (fil sümüyündən klavişli)
Ev çox az yaşayış görüb və ideal vəziyyətdədir. Komfort, estetika və fərqlilik axtaranlar üçün əla seçimdir.